"Zelenski, nə bağırırsan?" – Robert Fitso

Slovakiyanın baş naziri Robert Fitso 2024-cü ildən sonra Rusiya qazının tranzitini davam etdirməkdən imtina etdiyinə görə Ukrayna hakimiyyətini tənqid edib.

Dec 28, 2024 - 11:07
"Zelenski, nə bağırırsan?" – Robert Fitso

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “SME” portal məlumat yayıb. 

Fitso müraciətində bildirib ki, Rusiya qazının Ukraynadan tranzitinin dayandırılması çox bahalı jestdir. Onun sözlərinə görə, bu addım Slovakiya da daxil olmaqla bütün Avropa İttifaqına (Aİ) baha başa gələcək 

“Slovakiya tranzit rüsumlarından yarım milyard avroya yaxın, Ukrayna, demək olar ki, bir milyard avro itirəcək, Rusiya isə yəqin ki, cəmi 2,5 milyard avro itirəcək. Biz rusları yenidən cəzalandırdıq, elə deyilmi?” – deyə baş nazir vurğulayıb.

O, ölkəsinin nəinki tranzit ödənişlərini itirəcəyindən, həm də qısamüddətli perspektivdə daha yüksək qaz qiymətləri ilə üzləşəcəyindən şikayətlənib.

“Hansısa Slovakiya kimin vecinədir, doğrudurmu, cənab Zelenski? Amma sizə qışda donmamaq üçün nəsə lazım olanda bərkdən bağırırsan”, - deyə Fitso Ukrayna prezidentinin mövqeyini tənqid edib.

Baş nazir təhdid dilində xəbərdarlıq edib ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırıldıqdan sonra Slovakiya hökuməti “vəziyyəti və cavab tədbirlərinin imkanlarını qiymətləndirəcək”.

O, deyib ki, Bratislava, lazım gələrsə, Ukraynaya elektrik enerjisinin verilməsini dayandıracaq və ya “başqa hərəkət kursu ilə razılaşacaq”.

Qeyd edək ki, Slovakiya dəfələrlə Ukrayna və Rusiya arasında qaz tranziti ilə bağlı 2024-cü ildə başa çatacaq sazişin müddətinin uzadılmasına nail olmağa çalışıb.

Lakin ölkəsi Rusiyanın dəhşətli hücumuna məruz qalan və əhalisi qırılan Voloduimir Zelenski “Qazprom”la transit müqaviləsini yeniləməyi nəzərdən keçirmədiyini bəyan edib və Kiyevin Azərbaycan qazı adı altında Rusiya qazının nəqlinə razı olmayacağını açıqlayıb.

Xatirə SADİQ