Donald Tramp “Tik-Tok”un müdafiəsinə qalxdı – “Həll edəcəm”

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Ali Məhkəməyə müraciət edərək Çinin “ByteDance” şirkətindən “TikTok”u 2025-ci il yanvarın 19-na qədər satmağı tələb edən qanunun icrasını təxirə salmağı xahiş edib.

Dec 28, 2024 - 11:25
Donald Tramp “Tik-Tok”un müdafiəsinə qalxdı – “Həll edəcəm”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 

Tramp qedy edib ki, inauqurasiyadan sonra onun və komandasının problemi həll etmək üçün vaxtı və resursları var. Dekabr ayında “TikTok”un baş direktoru Şou Tszi Çu ilə görüş zamanı Tramp proqrama dəstəyini ifadə edərək, onu prezidentlik kampaniyasında vacib rol oynayan mühüm platforma adlandırıb. 

Trampın vəkili D. Con Sauer brifinq zamanı bildirib ki, yalnız yeni seçilmiş prezident misilsiz sövdələşmə təcrübəsinə malikdir. Bundan başqa, seçkilərdə mandat əldə edən Tramp həm platformanı xilas etmək, həm də hökumət tərəfindən qaldırılan milli təhlükəsizlik problemlərini çözmək məqsədilə danışıqlar aparmaq üçün siyasi iradəyə malikdir. Bu narahatlıqları prezident Trampın özünün də etiraf etdiyi vurğulanıb. 

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi və ölkə qanunvericilərinin əksəriyyəti Çinlə bağlılığı səbəbindən “TikTok”un milli təhlükəsizliyə təhlükə olduğunu vurğulayırlar. 

Xatirə SADİQ