“Kurtlar Vadisi”nin “Elif”i övladları ilə birgə ağır qəzaya düşdü - Vəziyyəti... + FOTOLAR

Türkiyənin məşhur aktrisası Özgü Namal iki övladı ilə birgə ağır qəzaya düşüb.

Nov 12, 2025 - 15:52
Nov 12, 2025 - 15:54
“Kurtlar Vadisi”nin “Elif”i övladları ilə birgə ağır qəzaya düşdü - Vəziyyəti... + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, hadisə İstanbul Beykozda qeydə alınıb. Ö. Namalın avtomobili başqa bir maşına çırpılıb. Aktrisa “Kıskanmak” serialının çəkilişlərinə gedirmiş.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralanan aktrisa, oğlu və qızı ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb. Rəsmi açıqlama verilməsə də, Özgü Namal və övladlarının hələ də xəstəxanada həkim nəzarəti altında olduğu bildirilir. Aktrisa bu gün və sabah serialın çəkilişlərinə qatıla bilməyəcək.

Məlumata görə, avtomobili idarə edən aktrisanın sürücüsü olub. Qəza başqa bir avtomobil sürücüsünün qəfil əyləci basması nəticəsində meydana gəlib. Şahidlərin dediklərinə görə, Ö.Namal və övladlarını ölümdən kəmər taxmaları və təhlükəsizlik yastıqlarının vaxtında işə düşməsi xilas edib.

Xatırladaq ki, Özgü Namal “Kurtlar Vadisi”ndə oynadığı “Elif Eylül” obrazı ilə məşhurlaşıb. “Yeditepe İstanbul”, “Hanımın Çiftliği”, “Merhamet”, “Kızıl Goncalar” kimi reytinq rekordları qıran seriallarda rol alıb. Hazırda “Kıskanmak” serialında baş rolu canlandırır. Uzun müddət sevgili olduğu Ahmet Serdar Oraldan oğlu Nəfəs və qızı Elem Su doğulub. Ahmet Serdar Oral 2020-ci ildə infarktdan ölüb.

Banu

Fotolarda: Özgü Namal