Tramp quşdan qorxub çıxışını kəsdi - "Şübhələndim ki..." +  VİDEO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransındakı çıxışı zamanı panikaya düşüb.

May 12, 2026 - 15:33
Tramp quşdan qorxub çıxışını kəsdi - "Şübhələndim ki..." +  VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb ABŞ liderinin səmada uçan bir quşu dron sanmasıdır. 

D.Tramp quşu görən kimi çıxışı dayandıraraq göyə baxıb. Uçan obyektin quş olduğuna əmin olduqdan sonra çıxışına davam edib. 

Tramp keçirdiyi təlaşı belə ifadə edib:

“Onun dron olduğunu düşündüm. Bu günlərdə onları hər ölçüdə hazırlayırlar. Bu dronlar hər yeri darmadağın etməyi bacarırlar”.

Bu hadisə Trampın son dövrlərdə tez-tez gündəmə gətirdiyi “sirli dronlar” mövzusunu yenidən aktuallaşdırıb. Belə ki, ABŞ lideri əvvəlki çıxışlarında “sirli dronlar”ın milli təhlükəsizlik təhdidi yaratdığını, bəzi hallarda isə həmin aparatların vurulmasının vacib olduğunu bildirib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)