Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev Moskvada vəfat edib.

Nov 10, 2026 - 16:24
Aktyor Aslan Fətullayev vəfat etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda Oxu.Az məlumat yayıb.

Məlumata görə, yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər.

Azərbaycan Dövlət Kukla Teatrından bildirilib ki, Aslan Fətullayev bağırsağında olan problemlə bağlı Moskvaya müayinəyə yollanıb. Bu gün səhər saatlarında vəfat edib.