Əl əsməsinin səbəbləri
Əllərin əsməsi (tremor) bir çox səbəbdən qaynaqlana bilər. Bu, bəzən zərərsiz olsa da, bəzən ağır xəstəliklərin əlaməti ola bilər.
SAVASHMEDİA.az əllərin əsməsinin hansı xəstəliklərin əlaməti ola biləcəyini təqdim edir.
Parkinson xəstəliyi
Əsmə adətən əl hərəkətsiz olanda baş verir. Bir əldən başlayır, sonra digərinə keçir. Hərəkətlər yavaşlayır, əzələlər sərtləşir, balans pozulur.
Esensial tremor (əsas əsmə)
Genetik ola bilər. Əsmə hərəkət zamanı olur (məsələn, fincanı qaldıranda). Əllər, baş və ya səs titrəyə bilər. Ən çox 40 yaşdan sonra başlayır, amma gənclərdə də mümkündür.
Multipl skleroz (MS)
Əsəb liflərinin zədələnməsi nəticəsində əsmə yarana bilər.
Görmə problemləri, zəiflik, uyuşma, koordinasiya pozğunluğu yarada bilər.
Periferik neyropatiya
Əl sinirlərinin zədələnməsi (diabet, alkoqol və s. nəticəsində).
Əsmə, uyuşma, sanki qarışqa gəzməsi, əlin sulu olması hissləri müşahidə olunur.
Maddələr mübadiləsi və hormon xəstəlikləri
Hipertireoz (qalxanabənzər vəzinin artıq işləməsi)
Əllərdə incə əsmə yaradır. Arıqlama, tərləmə, ürəkdöyünmə, əsəbiliyə səbəb olur.
Hipoglikemiya (qan şəkərinin düşməsi)
Əllərdə əsməyə, tərləməyə səbəb olur. Başgicəllənmə, aclıq hissi, huşun itməsi riskini yaradır.
Banu