Enerji verir, sümükləri gücləndirir, qəbizliyə faydalıdır - Bəhməz

Bəhməzin sağlamlığa faydaları təsdiqini çoxdan tapmış həqiqətdir.

May 15, 2025 - 20:12
May 15, 2025 - 20:21
Enerji verir, sümükləri gücləndirir, qəbizliyə faydalıdır - Bəhməz

SAVASHMEDİA.az respublikamızın bir çox bölgələrində hazırlanan bəhməzin növləri və faydaları ilə bağlı yazını təqdim edir.

Bəhməzin növləri

Üzüm bəhməzi – ən çox rast gəlinən növdür, qanartırıcı təsiri ilə məşhurdur.
Tut bəhməzi – boğaz ağrıları və öskürəyə qarşı faydalıdır.
Keçibuynuzu (çarq) bəhməzi – tənəffüs yolları üçün çox faydalıdır.

Bəs bəhməzin nə kimi faydaları var?

1. Qanazlığını (anemiyanı) aradan qaldırır

Bəhməz tərkibində yüksək miqdarda dəmir və fol turşusu ehtiva etdiyi üçün xüsusilə dəmir çatışmazlığına bağlı anemiya hallarında faydalıdır.

2. Enerji verir

Təbii şəkər mənbəyi olduğuna görə bədəndə enerjini tez artırır. Yorğunluq və halsızlıq hallarında təbii güc verici kimi istifadə olunur.

3. İmmunitet sistemini gücləndirir

Antioksidant və vitaminlərlə zəngin olduğu üçün orqanizmin infeksiyalara qarşı mübarizəsini gücləndirir.

4. Uşaqlar və yaşlılar üçün faydalıdır

Böyümə çağında olan uşaqların və yaşlı insanların qida ehtiyaclarını qarşılamaqda dəstəkləyici rolu var.

5. Həzm sisteminə müsbət təsir edir

Bəhməz mədəni və bağırsaqları qoruyur, qəbizlik kimi problemləri azalda bilər.

6. Sümük sağlamlığını dəstəkləyir

Kalsium və maqnezium baxımından zəngin bəhməz sümük sağlamlığı üçün də faydalıdır.

7. Dəri və saç sağlamlığına töhfə verir

Tərkibindəki minerallar və vitaminlər sayəsində dərinin və saçların parlaq və sağlam qalmasına kömək edir.

Yağmur