72 saat dözsəniz... - Siqareti tərgitməyin ən asan yolları

Siqaretdən asılılıq müasir insanın ən ciddi problemlərindən biridir. 

May 15, 2025 - 20:25
72 saat dözsəniz... - Siqareti tərgitməyin ən asan yolları

SAVASHMEDİA.az bu yazıda siqaretin zərələrindən yox, onu tərgitməyin sınanılmış ən asan üsullarından bəhs edəcək. Beləliklə...

Qərar ver və səbəbini yaz

Özünə niyə siqareti buraxmaq istədiyini yaz. (Sağlamlıq, ailə, pul, xoş qoxu, daha çox enerji və s.)

Bu səbəbi telefonunda və ya göz önündə saxla — zəif anlarında xatırlamağa kömək edəcək.

Tədricən azaldaraq burax

Bir anda yox, həftəlik planla gündəlik siqaret sayını azaldaraq tərgitmək daha asan olur.

Məsələn: Gündə 10 siqaret çəkirsənsə, 7 gün sonra 5-ə sal.

Nikotin əvəzedici vasitələrdən istifadə et

Nikotin plastırları, saqqızları, spreyləri (apteklərdə satılır) bədəni siqaretsiz nikotinə öyrəşdirir və çəkilmə əlamətlərini azaldır.

Tətikləyiciləri tanı və uzaq dur

Siqaret çəkməyi istədiyin halları analiz et: qəhvə içəndə? stres olanda? kiminsə yanında?

Bu vəziyyətlərdə özünü alternativ fəaliyyətlərlə məşğul et: su içmək, qısa gəzişmək, dərin nəfəs alma.

Təmizliyə başla

Siqaret qoxusu olan paltarları yu, evdəki külqabıları, çaxmaqları, siqaretləri at.

Təmiz qoxu siqaretsiz həyatı daha cəlbedici edəcək.

Dəstək al

Ailə və dostlarına siqareti buraxmaq istədiyini bildir. Onlardan dəstək istə.

İmkan varsa, psixoloji dəstək və ya terapevt köməyindən istifadə et.

Əvəzedici məşğuliyyət tap

Əllərin və ağlın məşğul olsun: saqqız çeynə, su iç, idman et, oyun oyna və ya yeni bir hobbiyə başla.

“Yenidən başladım” hissindən utanma

Bəzən insanlar təkrar siqaretə qayıdır. Bu, uğursuzluq yox, təcrübədir.

Özünü danlama, sadəcə təkrar cəhd et.

Ən kritik 72 saat

Siqareti buraxdıqdan ilk 72 saat ən çətin dövrdür, amma onu keçdikdən sonra nikotin bədəndən çıxır və bədən tədricən normallaşmağa başlayır.

Səlcuq