Ölü tapılan tələbə bu rayondan imiş - "Atası meyiti gətirmək üçün..."

Bakıda Tibb Universitetinin tələbəsi 2009-cu il təvəllüdlü Elvira Orxan qızı Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Nov 14, 2026 - 20:59
Ölü tapılan tələbə bu rayondan imiş - "Atası meyiti gətirmək üçün..."

SAVASHMEDİA.az xəbər verir ki, qəfil dünyasını dəyişən tələbə Qəbələ rayonu,Yeni Dızaxlı kəndindəndir.Məlumata görə,onlar ailədə 3 uşaqdırlar.

Sadə ailə kənd sakinləri arasında mehriban və təhsilli şəxslər  kimi tanınır.

Kənd sakinlərinin Oxu24.com-a verdiyi məlumata görə,tələbənin ilkin ölüm səbəbi kimi ürək çatışmazlığı deyilib.Amma bu rəsmi təsdiqlənmiş rəy deyil.

"Hamımız şokdayıq. Bu xəbəri qəfil aldıq.Atası qızın meyitini gətirmək üçün Bakıya gedib. Ailə çox pərişandır",- kənd sakini bildirib.