Sabah hava necə olacaq?

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. 

Nov 14, 2026 - 13:33
Sabah hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən SAVASHMEDİA.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısından güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda 0-3°şaxta, gündüz 8-13° isti  olacaq.