Xərçəng yaratdığını bilmədiyimiz vərdişlər - Şok araşdırma

Həddindən artıq siqaret çəkmək, spirtli içki içmək, stress, doğru olmayan qidalanma vərdişləri xərçəng xəstəliyini yaradan səbəblərdəndir. Bunları çoxumuz bilirik.

May 9, 2025 - 16:45
Xərçəng yaratdığını bilmədiyimiz vərdişlər - Şok araşdırma

Ancaq etdiyimiz halda xərçəng yaratdığından xəbərsiz olduğumuz şeylər də var. 

SAVASHMEDİA.az etməkdən zövq alsaq da, xərçəngə səbəb olan vərdişləri təqdim edir:

Döymə

Döymələrin limfa və dəri xərçəngi yaratdığı İsveç və Danimarkada aparılan araşdırmalarla sübut olunub. Araşdırma göstərib ki, xərçəngə tutulanlarda döymənin kiçik və ya böyüklüyü, mürəkkəbin rəngi heç bir fərq yaratmayıb.

Qəlyan

Qəlyan siqaretdən daha zərərlidir. Çünki qəlyan çəkən biri siqaret çəkəndən daha çox tüstü udur ki, bu da daha çox karbon-monooksid qəbulu deməkdir. Vyetnamda aparılan araşdırmada 40 min nəfər iştirak edib. Araşdırmanın nəticəsi göstərib ki, qəlyan çəkənlərdə qaraciyər,ağciyər,beyin, boyun və mədə xərçənginə tutulma riski çəkməyənlərlə müqayisədə 30 faiz daha çoxdur.

Çox isti içkilər və yeməklər

Çox isti çay, su, qəhvə içmək, yeməyi qaynar yemək qida borusu xərçəngi yaradır. Bunu 450 min insanın 9 il ərzində izləndiyi araşdırma sübut edib. Davamlı olaraq 60 dərəcə və daha isti çay, qəhvə içmək illər keçdikcə qida borusuna zərər verir. Britaniyada aparılan araşdırma isə gündə 4- 6 stəkan qaynar çay və qəhvə içən şəxslərdə içməyənlərə nisbətən qida borusu xərçənginə tutulmanın 2 qat çox olduğunu göstərib.

Kimyəvi saç düzləşdiriciləri və boyaları

Saç düzləşdiriciləri və boyaları kaserogen maddə olan formaldehid, döş və yumurtalıq xərçəngi kimi hormonla əlaqəli xərçəng növləri yaradan ftalatlarla zəngindir.46 mindən çox qadın arasında aparılan araşdırma göstərib ki, kimyəvi saç boyalarından istifadə edən qadınlarda döş xərçənginə, saç düzləşdiricilərindən istifadə edənlərdə isə döş və yumurtalıq xərçənginə tutulma riski yüksək olub.

Yüksək dərəcədə bişirilmiş ət

Odda qırmızı ət,toyuq, balıq ətindən bişirilən kabablar, yüksək dərəcədə yağda qızardılan ətlər kolorektal (yoğun bağırsaq) xərçəngin yaranmasına səbəb olur. Belə ki, bu ətlər odda bişiriləndə və ya yağda qızardılanda heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi kanserogen kimyəvi maddələr əmələ gətirir. Buna görə də mütəxəssislər bu üsulla hazırlanan qidaların qəbulunu məhdudlaşdırmağı məsləhət görürlər.

Banu