Vərəm xəstəliyinin gizli simptomları - XƏBƏRDARLIQ!

Vərəm uzun müddət ərzində aşkar simptomlar olmadan inkişaf edə bilər.

Oct 28, 2026 - 19:14
Vərəm xəstəliyinin gizli simptomları - XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, buna görə də həkimlər xəstəliyin vaxtında aşkarlanması üçün profilaktik müayinələrdən keçməyin vacib olduğunu bildiriblər.

Mütəxəssislərə görə, uzunmüddətli öskürək, gecə tərləməsi, səbəbsiz çəki itkisi, halsızlıq və temperaturun uzun müddət yüksək qalması vərəmin mümkün əlamətləri arasındadır.

Bu simptomlar hər zaman vərəm xəstəliyinin mövcudluğunu göstərməsə də, belə hallarda vaxt itirmədən mütəxəssisə müraciət etmək lazımdır. Çünki flüoroqrafiya və döş qəfəsi orqanlarının rentgen müayinəsi xəstəliyin vaxtında müəyyənləşdirilməsinə kömək edir.

Banu