Adolf Hitlerin evi yanıb kül oldu - FOTOLAR

Bavariya əyalətinin Obersalzberq bölgəsində yerləşən və vaxtilə nasist Almaniyasının lideri Adolf Hitlerin istifadəsində olan məşhur “Qartal yuvası” (“Kehlsteinhaus”) dağ evində güclü yanğın qeydə alınıb. 

Oct 25, 2026 - 16:02
Adolf Hitlerin evi yanıb kül oldu - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, dağlıq relyef yanğınsöndürmə əməliyyatını ləngidib.

Yanğın çətinliklə söndürülüb, lakin tarixi tikiliyə ciddi ziyan dəyib. Məlumata görə, yanğın zamanı binada heç kim olmayıb.

Hadisədən sonra polis 33 yaşlı Berlin sakinini saxlayıb. Onun yanğını qəsdən törətdiyi ehtimal olunur. Faktla bağlı araşdırma davam etdirilir.

Bavariyanın daxili işlər naziri Yoahim Herrmann tarixi abidənin ciddi zərər görməsinə baxmayaraq, onun yenidən bərpa olunacağını bildirib. 

Qeyd edək ki, 1938-ci ildə dəniz səviyyəsindən 1834 metr yüksəklikdə inşa edilmiş tarixi bina İkinci Dünya müharibəsi dövründə dağıntılardan salamat çıxıb. 

“Kehlsteinhaus” sonrakı illərdə restoran və muzey kimi fəaliyyət göstərib. 

Nasist hakimiyyəti dövründə isə bu məkan yüksək vəzifəli şəxslərin istirahəti, eləcə də xarici diplomatların qəbulu üçün istifadə olunub.

Banu