Ərdoğanın oğlu Azərbaycana gəldi - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan Azərbaycana gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Göygöldə keçirilən IV Milli Yaylaq Festivalında fəxri qonaq olaraq iştirak edir.
N.B.Ərdoğan jurnalistlərə açıqlamasında bütün gənclərin milli birlik düşüncəsində yetişməli olduğunu bildirib.
“Öz kimliyimizi qorumaq vətəni qorumaq deməkdir. Beynəlxalq qurum olaraq arzu edirik ki, dünyada heç bir milli kimlik yox olub getməsin. Bu gün can Azərbaycanda bu gözəl mənzərəni görməkdən çox məmnunuq. Gənci, yaşlısı, türk dünyasının hər tərəfindən bura insanlar gəlib. Biz qurum olaraq 10 ildir ki, milli dəyərlərin yox olmamağı üçün çalışırıq", - o söyləyib.
Təşkilatçılar tərəfindən Nəcməddin Bilal Ərdoğana xatirə hədiyyələri təqdim edilib.