Trampın arvadının Putinə yazdığı məktubun TAM MƏTNİ 

"Fox News" ABŞ-ın birinci xanımı Melaniya Trampın əri vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi “sülh məktubu”nun mətnini dərc edib.

Aug 17, 2025 - 01:43
Trampın arvadının Putinə yazdığı məktubun TAM MƏTNİ 

SAVASHMEDİA.az publika.az-a istinadla xəbər verir ki, birinci xanım məktubunda bütün uşaqların sevgi, təhlükəsizlik və fürsət arzulağını yazıb.

"Valideynlər olaraq biz gələcək nəslin ümidini bəsləməyə borcluyuq. Liderlər kimi biz bütün uşaqların gələcəyini təmin etməyə borcluyuq", - deyə birinci xanım bildirib.

O, əlavə edib ki, hər bir həyatın başlanğıcında olan saflıq və məsumluq coğrafiyadan, siyasətdən və ideologiyalardan üstündür. Birinci xanım bildirib ki, müasir dünyada bəzi uşaqlar öz gələcəyini əlindən ala biləcək qüvvələrə səssizcə müqavimət göstərməyə məcbur olurlar.

"Cənab Putin, onların cingiltili gülüşlərini ancaq siz qaytara bilərsiniz", - Melaniya Tramp bildirib.

Onun sözlərinə görə, bu uşaqların məsumluğunu qorumaq üçün Rusiya Federasiyası liderinin sadəcə bir imzası kifayət edəcək.

Xatırladaq ki, bir gün əvvəl Melaniya Tramp əri vasitəsilə Putinə məktub göndərib. "Reuters" agentliyinin məlumatına görə, məktibda Ukraynada silahlı münaqişə nəticəsində uşaqların qaçırılmasından bəhs edilib. Ehtimal edilirdi ki, ABŞ-ın birinci xanımı atəşə son qoyulmasını istəyə bilər.