Rusiya Türk Dövlətləri Təşkilatına üzv ola bilməz - Türkiyə ETİRAZ ETDİ

Qazaxıstan Prezidentinin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması ilə bağlı təklifi Türkiyədə etirazla qarşılanıb.

Nov 3, 2026 - 22:55
Rusiya Türk Dövlətləri Təşkilatına üzv ola bilməz - Türkiyə ETİRAZ ETDİ

SAVASHMEDİA.az xatırladır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada keçirilən TDT-nin sammitində Rusiyanın təşkilata müşahidəçi statusunda qəbul edilməsini və ya TDT+ formatında iştirakını təklif edib.

Lakin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Gürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün, eləcə də müşahidəçi statusu almasının mümkün olmadığını bəyan edib.

Onun sözlərinə görə, bunun əsas səbəbi təşkilatın dil meyarıdır. Zorlu qeyd edib ki, TDT-yə üzv olmaq və ya müşahidəçi statusu almaq istəyən dövlətin rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya isə bu şərtə cavab vermir.

Zorlu xatırladıb ki, 2021-ci ildə İstanbulda keçirilən sammitdə müşahidəçi statusu ilə bağlı qəbul edilən qaydalarda dil meyarı müəyyənləşdirilib. Həmin tələbə əsasən, türk və ya qohum dillərdən biri ölkənin bütün ərazisində dövlət və ya rəsmi yazışma dili olmalıdır.

Oğuz