Zelenskinin "tezliklə öləcək" dediyi Putin hansı xəstəliklərdən əziyyət çəkir? - İDDİALAR
Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinin tezliklə öləcəyini iddia etməsi dünya mediasında şok effekti yaradıb.
Maraqlıdır, bu, Ukrayna prezidentinin hansısa dəqiq məlumatlarına əsaslanır, yoxsa müharibə şəraitində düşmənə qarşı tez-tez istifadə edlən antitəbliğat priyomudur?
Təbii ki, Putinin sağlıq durumu ilə bağlı mediada və internet resurslarında mövcud olan "xəsis informasiyalar" mövzu ilə bağlı geniş araşdırma aparmaq imkanlarını məhdudlaşdırır.
Bununla belə, SAVASHMEDİA.az Vladimir Putinin sağlıq durumu, əziyyət çəkdiyi ehtimal edilən xəstəlikləri ilə bağlı araşdırmanı təqdim edir.
Xatırladaq ki, 72 yaşlı Vladimir Putin 7 oktyabr 1952-ci ildə doğulub.
Vladimir Putinin şəxsi sağlamlığı ilə bağlı məlumatlar çox məhduddur, çünki Rusiya hökuməti onun sağlamlıq vəziyyəti haqqında rəsmi məlumatları, ümumiyyətlə, gizli saxlayır. Bununla belə, bir neçə iddia və spekulyasiyalar mövcuddur ki, Putinin bəzi sağlamlıq problemləri ola bilər. Lakin bu məlumatlar təsdiqlənməmişdir və çoxu yalnız qeyri-rəsmi mənbələrə əsaslanır.
Beləliklə, Putinin müxtəlif zamanlarda bir sıra xəstəliklərdən əziyyət çəkdyi iddia edilib. Həmin xəstəliklər aşağıdakılardır:
Xərçəng: Bəzi məlumatlara görə, Putin xərçəngdən müalicə olunur. Lakin bunu təsdiq edən hər hansı rəsmi mənbə mövcud deyil.
Parkinson xəstəliyi: Putinin bəzi fiziki hərəkətləri və təbii olaraq daha az aktiv olması səbəbindən Parkinson xəstəliyinin erkən mərhələsindən əziyyət çəkdiyini irəli sürülür.
Bel və boyun problemləri: Putinin bəzi hərəkətlərindən onun ağrı duyduğu iddia edilib. Buna görə də, bəzi müşahidəçilər onun bel və boyun ağrılarından əziyyət çəkdiyini bildirirlər.
Oğuz