“Şamaxı” “Neftçi”yə, “Kəpəz” “İmişli”yə qarşı - Oyun saatları
Misli Premyer Liqasında 10-cu tur davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, üçüncü oyun günündə daha iki görüş keçiriləcək.
“Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edəcək. Paytaxt klubu bu matçda qələbə qazansa, turnir cədvəlində liderliyə yüksələcək.
“Kəpəz” isə doğma divarlar arasında “İmişli”ni sınağa çəkəcək.
Misli Premyer Liqası
10-cu tur
1 noyabr (bazar)
15:00. “Şamaxı” - “Neftçi”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev, Kamal Umudlu (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu
17:30. “Kəpəz” - “İmişli”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov, Rəşad Əhmədov (VAR), Kərim Zeynalov (AVAR)
Gəncə şəhər stadionu
2 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” - “Şəfa”
30 oktyabr (cümə)
“Turan Tovuz” - “Sabah” - 3:2
31 oktyabr (şənbə)
“Qəbələ” - “Qarabağ” - 0:0
“Araz-Naxçıvan” - “Zirə” - 2:2
Bombardirlər:
Breno Almeyda ("Neftçi") - 8 qol
Coy-Lens Mikels ("Sabah") - 6 qol
Aleksey Kaşuk ("Qarabağ") - 4 qol
Joarlem Santos ("Turan Tovuz") - 4 qol
Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol