"Neftçi" "Qarabağ"dan bunun qisasını alırmış - 2012-ci ildə nə olmuşdu?

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək səfər oyununa yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edərək “Neftçi” ilə matçın təxirə salınmasını istəyib.

Feb 5, 2026 - 15:09
Feb 5, 2026 - 15:51
"Neftçi" "Qarabağ"dan bunun qisasını alırmış - 2012-ci ildə nə olmuşdu?

SAVASHMEDİA.az xatırladır ki, qurum qarşı tərəfdən razılıq almaq üçün “Neftçi”yə müraciət etsə də, paytaxt təmsilçisi “Qarabağ”ın bu istəyini rədd edib.

Bu isə onsuz da gərgin olan "Qarabağ" - "Neftçi" münasibətlərinə əlavə gərginlik gətirib. Baş verənlər həm klub təmsilçiləri, həm də fanatlar arasında qarşılıqlı söz atışmalarına səbəb olub.

Mübahisələrdə "Qarabağ"ın haqlı görünməsinə baxmayaraq, yaxın tarixə ekskursiya Bakı klubunun heç də haqsız olmadığını ortaya çıxarır. 

SAVASHMEDİA.az-ın məlumatına görə, "Neftçi" də 2012-ci ildə "Qarabağ"dan belə bir xahiş edib, lakin rədd cavabı alıb.

Belə ki, həmin il "Neftçi" 23 avqust (birinci APOEL oyunu) və 30 avqust (cavab oyunu) tarixlərində Avropa Liqasının play-off mərhələsinə daha yaxşı hazırlaşmaq üçün avqustun 11-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun təxirə salınması ilə bağlı xahiş edib. Lakin Ağdam təmsilçisi bunu qəbul etməyib.

2012-ci il avqustun 11-də isə həmin oyunu keçirilib və “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Oğuz