Putinə "Donbası azad etdim” demək imkanı verilir - ABŞ-dən YENİ TƏKLİF
ABŞ Donbas məsələsində Rusiyaya ərazi iddialarının təmin olunduğunu bəyan etməyə imkan verəcək kompromis variantını müzakirəyə çıxarıb.
SAVASHMEDİA.az xəbər verir ki, “The Economist” nəşrinin məlumatına görə, Vaşinqton Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinin dəyişdirilməsini təklif edib.
Bu variant Kramatorsk və Slavyansk şəhərlərinin Ukraynanın nəzarətində qalmasını, Rusiyanın isə həmin əraziləri ələ keçirmədən Donetskin tamamilə “azad edildiyini” elan etməsini nəzərdə tutur.
Beləliklə, Moskva ərazi iddialarının təmin olunduğunu bəyan edə, Kiyev isə strateji əhəmiyyətli şəhərləri itirməyə bilər.
Hələlik Ukraynanın bu təklifə münasibəti və onun danışıqlarda qəbul edilib-edilməyəcəyi məlum deyil.
Oğuz