“Polat”dan “Memati”yə qarşı BÖYÜK VƏFASIZLIQ - FOTOLAR
“Kurtlar Vadisi” serialında “Memati” obrazını canlandıran məşhur türkiyəli aktyor Gürkan Uyqunun atası Bahattin Uyqun 86 yaşında vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, mərhumun dəfn mərasimi Kocaelidə keçirilib.
Dəfn mərasimində ailə üzvləri, yaxınları və çoxsaylı sakinlər iştirak ediblər. “Kurtlar Vadisi”ndə “Abdulhey” obrazına həyat verən Kenan Çoban da Gürkan Uyqunu ağır günündə yalnız buraxmayıb.
Serialın “Polat Alemdar”I Necati Şaşmaz isə mərasimdə iştirak etməyib. Uzun illər G.Uyqunla eyni layihədə rol alan Necati Şaşmazın dəfnə qatılmaması vəfasızlıq kimi qəbul edilib.
Xatırladaq ki, Gürkan Uyqun hazırda "Mehmed: Fetihler Sultanı" serialında “Veli Mahmud Paşa” obrazını canlandırır.
Banu