XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.

Nov 10, 2026 - 10:47
XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və hörmətlə yad edirik”.