"İrana zəng edin, onları inandırın ki..." - Rubio Çindən xahiş etdi

Amerika Birləşmiş Ştatları Çin hakimiyyətini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırır.

Jun 22, 2025 - 20:41
"İrana zəng edin, onları inandırın ki..." - Rubio Çindən xahiş etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News”a bildirib.

"Mən Çin hökumətini bu məsələ ilə bağlı onlara (iranlılara – red.) zəng etməyə çağırıram, çünki onlar özləri də neftin nəqli baxımından Hörmüz boğazından çox asılıdırlar", - dövlət katibi deyib.