Pezeşkian ABŞ-nin İrana hücumundan danışdı

"ABŞ-nin İranın üç nüvə obyektinə zərbələr endirməsi göstərir ki, İsrailin İrana hücumuna Vaşinqton təşəbbüs göstərib".

Jun 22, 2025 - 18:38
Pezeşkian ABŞ-nin İrana hücumundan danışdı

SAVASHMEDİA.az-ın "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"ABŞ-nin ölkəmizin bəzi nüvə obyektlərinə gecə hücumu göstərdi ki, İsrailin İran İslam Respublikasına qarşı düşmənçilik hərəkətlərinin əsas təşəbbüskarı məhz ABŞ-dır", - deyə Pezeşkian vurğulayıb.