"AZAL-a sual verirəm: belə idarəetmə olar?" - Vəkil Fərhad Mehdiyev

Vəkil Fərhad Mehdiyev Naxçıvana səfəri zamanı AZAL-ın yaratdığı süni problemlə qarşılaşıb.

Jun 10, 2026 - 23:06
"AZAL-a sual verirəm: belə idarəetmə olar?" - Vəkil Fərhad Mehdiyev

SAVASHMEDİA.az-ın xəbərinə görə, vəkil məhkəmə işi olduğu üçün Naxçıvana bir günlük səfər planlaşdırıb və getdiyi gün də geri qayıtmalı imiş. 

Lakin əvvəlcədən aldığı dönüş bileti onun xəbəri olmadan dəyişdirilib:

"Naxçıvanda məhkəmə işim vardı. Bir günlük gəlib qayıtmalı idim. Dönüş biletimi dəyişib atıblar ayın 12-nə. AZAL-a sual verirəm: belə idarəetmə olar? Bir bileti ləğv edəcəksinizsə, onu niyə satırsınız? Təyyarədə yerlərdən artıq sayda bilet satılır? İnsanları ziyana saldığınızın fərqindəsiniz?"

AZAL məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, ölkənin milli aviadaşıyıcısı olan Azərbaycan Hava Yolları (AZAL) daxili və beynəlxalq reyslər həyata keçirir.

Səlcuq