Sidik içmək hansı xəstəlikləri sağaldır? - Mif, yoxsa həqiqət?
Sidik içməyin müxtəlif xəstəliklərə faydalı olduğu barədə iddialar yayılsa da, bu üsulun hər hansı xəstəliyi sağaltdığını təsdiqləyən etibarlı sübut yoxdur.
SAVASHMEDİA.az xəbər verir ki, xalq arasında sidiyin böyrək daşlarına, dəri xəstəliklərinə, infeksiyalara və hətta xərçəngə qarşı faydalı olduğu iddia edilir.
Sidik əsasən sudan, sidik cövhərindən, duzlardan və orqanizmin xaric etdiyi digər maddələrdən ibarətdir. Amma onun tərkibində bəzi maddələrin olması müalicəvi təsirə malik olduğu demək deyil.
Sidik içmək böyrək daşlarını əritmir, sidik yollarının infeksiyalarını müalicə etmir və immuniteti gücləndirdiyi sübut olunmayıb.
Əksinə, çirklənmiş sidiyin qəbulu mikroorqanizmlərlə təmas riski yarada bilər. Böyük miqdarda sidik içmək isə xüsusilə susuzlaşma zamanı orqanizmin duz və maye balansına mənfi təsir göstərə bilər.
Mütəxəssislər hər hansı xəstəliyin müalicəsi üçün sübut olunmamış üsullara güvənməməyi, sağlamlıq problemi yarandıqda həkimə müraciət etməyi tövsiyə edirlər.
Aytən