Donuzda “quş qripi” aşkarlandı

H5N1 quş qripi virusu Oreqon ştatında ev fermasında bir donuzda aşkar edilib. 

Oct 31, 2024 - 11:40
Donuzda “quş qripi” aşkarlandı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. 

ABŞ Kənd Təsərrüfatı Nazirliyinə istinadən verilən məlumatda bildirilib ki, bu, ölkədə ilk belə haldır. 

Nazirlik nümayəndəsinin sözlərinə görə, donuzlar quşçuluq və ya süd fermasından deyil, çöl quşlarından yoluxub. Vəhşi quşların miqrasiyası quş qripinin quş və mal-qara sürülərinə keçməsinə səbəb olub.

Nazirlik onu da qeyd edib ki, xəstəliyin baş verəcəyi təqdirdə Oregonda donuz əti tədarükü üçün heç bir risk yoxdur və əhali üçün risk aşağı olaraq qalır. 

Hazırda Oreqondakı kiçik ferma karantinə alınıb, qoyun və keçilər də daxil olmaqla, digər heyvanlara nəzarət edilir.

Qeyd edək ki, bu il ABŞ-da 36 nəfərdə quş qripi testi müsbət çıxıb, virus isə 400-ə yaxın süd sürülərinə yayılıb. Xəstələrdən biri istisna olmaqla, hamısı yoluxmuş heyvanlarla təmasda olan ferma işçiləri olub. 

Xatirə SADİQ