"Müctəba atasının yolu ilə gedir, rejimi dəyişməliyik" - Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı yeni açıqlama verib.
SAVASHMEDİA.az İsrail mətbuatına istinadla xəbər verir ki, B.Netanyahu Silahlı Qüvvələrin zabit kursunun məzuniyyət mərasimində çıxış edib.
Baş nazir bildirib ki, Tehran rəhbərliyi nüvə silahı əldə etmək cəhdlərini davam etdirir:
“İran rejimi hələ də dərs almayıb. Müctəba Xamenei atasının izi ilə getməyə qərar verib. İran yenidən ölüm silahlarını inkişaf etdirməyə çalışır".
Netanyahu təhlükəni birdəfəlik aradan qaldırmağın yolunu da açıqlayıb.
"Bu təhlükəni birdəfəlik aradan qaldırmağın, İrandakı rejimi devirməyin yalnız bir yolu var. Bu barədə mən Ordumuza, “Mossad”a və təhlükəsizlik agentliklərinə birbaşa göstəriş vermişəm” - Netanyahu qeyd edib.
Banu