Tiflis etirazlarla qaynayır
Bazar ertəsi Gürcüstan payraxtında ilk etiraz mitinqi səhər saat səkkizdə başlayıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, çox da böyük olmayan mitinq iştirakçıları yeni seçkilərin keçirilməsini və həbsdə olan fəalların azad edilməsini tələb ediblər.
Gün ərzində isə Tiflisdəki Macarıstan səfirliyinin önündə Avropa İttifaqının “Gürcü Arzusu” liderlərinə qarşı sanksiyalar tətbiq etməsinə Budapeştin müdaxilə etməməsi tələbi ilə piket, “Sağlamlıq və həyat hər kəsin haqqıdır” şüarı ilə həkimlərin, tibb bacılarının və digər tibb işçilərinin aksiyası, Səhiyyə Nazirliyinin binasından Tiflis şəhər məhkəməsinədək kuryerlərin, Rustaveli metro stansiyasından nənə və babaların “Avropa gələcəyi üçün! Ləyaqətli qocalığımıza görə!” tələbi ilə, “Gürcüstan təhlükədədir” şüarı ilə kinorejissorların “Apollon” kinoteatrından parlamentə yürüşləri, eləcə də İlya Çavçavadze muzeyindən başlayacaq Ədəbiyyat yürüşü, İctimai TV qarşısında aksiya keçiriləcək.
Bütün aksiyalar saat 20:00-da Respublika meydanından parlamentə doğru nümayişlə başa çatacaq.
Qeyd edək ki, hökumətin Aİ-yə üzvlük danışıqlarını dayandırdığını elan etməsindən sonra etirazlar 19 gündür davam edir.
Xatirə SADİQ