Putin iki dövlət başçısı ilə gizli danışıqlar aparır - Sensasion iddia

Dünyanın iki lideri Rusiya prezidenti Vladimir Putinlə gizli danışıqlar aparıb.

Apr 2, 2025 - 11:30
Putin iki dövlət başçısı ilə gizli danışıqlar aparır - Sensasion iddia

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə serbiya prezidenti Aleksandar Vucic bloger Mario Naufalunun “YouTube” kanalına müsahibəsində danışıb.

"Mən Putinlə gizli danışan ən azı iki dünya liderini tanıyıram", - Serbiya lideri bildirib.

Naufal onların Macarıstanın baş naziri Viktor Orban, yoxsa Slovakiyanın baş naziri Robert Fitso olduğunu soruşduqda, Vuçiç mənfi cavab verib.