Rusiyaya qarşı 16-cu sanksiyalar paketi təqdim ediləcək 

Avropa İttifaqı (Aİ) təcili şəkildə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyəcək. 

Aug 28, 2025 - 16:20
Rusiyaya qarşı 16-cu sanksiyalar paketi təqdim ediləcək 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Brüsseldə Rusiyanın Kiyevə gecə hücumu ilə bağlı təcili bəyanatında bildirib. 

“Mən Kiyevə hücumdan hiddətlənmişəm. Bu hücum bizim Aİ-dəki ofislərimizə də zərər vurub. Bu, iyuldan bəri paytaxta edilən ən qanlı raket hücumu olub”, - deyə Avropa Komissiyasının prezidenti vurğulayıb. 

Onun sözlərinə görə, buna görə də Aİ Rusiyaya maksimum təzyiq göstərməyə davam edir. 

“Bu, sanksiyalar rejimimizi gücləndirmək deməkdir. Biz 19-cu sərt sanksiyalar paketini yaxın vaxtda təqdim edəcəyik. Paralel olaraq, biz Ukraynanın müdafiəsi və yenidən qurulmasına dəstək vermək üçün dondurulmuş Rusiya aktivləri üzərində işi irəlilədirik”, - deyə Ursula fon der Lyayen diqqətə çatdırıb.  

Qeyd edək ki, Rusiyanın bu gecəki raket zərbəsi zamanı Aİ-nin nümayəndəliyinin binası və Avropa İnvestisiya Bankının ofisi zədələnib.
 
Aİ-nin baş diplomatı Kaya Kallas bu qəddar hücumdan sonra Rusiyanı qətliamları dayandırmağa və sülh danışıqlarına getməyə çağırıb.

Xatirə SADİQ