Britaniya Rusiyaya qarşı müharibə hazırlığına BAŞLADI – Vətəndaşlara ŞOK ÇAĞIRIŞ
Böyük Britaniya hökuməti mümkün genişmiqyaslı münaqişə vəziyyətinə hazırlıq planını yeniləyib.
SAVASHMEDİA.az xəbər verir ki, yeni planda vətəndaşlara fövqəladə vəziyyət zamanı istifadə etmək üçün əvvəlcədən ərzaq və su ehtiyatı toplamaq tövsiyə olunub.
Böyük Britaniya Silahlı Qüvvələrinin komandanı Riçard Nayton bildirib ki, Rusiya tərəfindən yaranan təhlükə səbəbindən ölkə onun 35 illik hərbi xidməti dövründə ən təhlükəli vəziyyətlə üzləşib.
Polşanın Baş naziri Donald Tusk da Rusiyanın NATO ölkələrinə qarşı hücum edə biləcəyi barədə xəbərdarlıq edib.
O qeyd edib ki, Moskva Ukraynanın iqtisadiyyatını və logistika imkanlarını zəiflətməyə, həmçinin NATO ölkələrinə hücum etməklə alyansın birliyini və qətiyyətini sarsıtmağa çalışır.
NATO isə Rusiyanı “bir nömrəli təhlükə” kimi qiymətləndirib. Alyans Rusiyanın hərbi imkanlarının daha da artacağını və buna qarşı NATO-nun öz imkanlarını gücləndirməli olduğunu vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl NATO-nun Avropadakı qüvvələrinin baş komandanı alyansın müharibəyə hazır olduğunu açıqlamışdı.
Banu