Prezidentin təltif etdiyi şəxs Mikayıl Cabbarovun QAYINATASI İMİŞ - FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib.
SAVASHMEDİA.az oxu24.com-a istinadla xəbər verir ki,Kamran İmanov iqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatasıdır.
1946-cı il noyabrın 5-də Bakıda anadan olan Kamran İmanov 1969-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Müxtəlif illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, Müəllif Hüquqları Agentliyinin rəhbəri və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifələrində çalışıb.
2018-ci ildən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir. Professor 110-dan çox elmi əsərin müəllifidir.
Kamran İmanov daha əvvəl “Vətənə xidmətə görə” ordeninin 1-ci və 3-cü dərəcələri, həmçinin “Şöhrət” ordeni ilə təltif olunub.
Fotoda Kamran İmanov