Siyavuş Novruzov idman edərkən zədə aldı - Əməliyyata götürüldü 

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.

Mar 20, 2025 - 12:16
Siyavuş Novruzov idman edərkən zədə aldı - Əməliyyata götürüldü 

SAVASHMEDİA.az manset.az-a istinadla xəbər verir ki, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.

Siyavuş Novruzov idman edən zaman diz nahiyəsini zədələyib.

O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir.

Siyavuş Novruzov məlumatı təsdiq edib.