Tramp Ukraynada onu hakimiyyətə gətirir? - Poroşenko ABŞ-yə dəvət olundu
Ukraynanın keçmiş lideri Pyotr Poroşenko Vaşinqton və Floridada yüksək səviyyəli görüşlərə dəvət olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sabiq dövlət başçısı özünün "Telegram" kanalında məlumat yayıb.
Siyasətçi qeyd edib ki, hazırda Ukraynanın ABŞ Konqresinin dəstəyinə ehtiyacı var. Bununla bağlı Poroşenko bu sənədin qəbulunu asanlaşdırmağa hazır olduğunu bildirib.
“Yeri gəlmişkən, yüksək səviyyəli görüşlər üçün Vaşinqton və Floridaya dəvət edildim. Ümid edirəm ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin bu dəfə mənim ABŞ-yə səfərimə mane olmamaq üçün kifayət qədər məntiqi olacaq”, - keçmiş Ukrayna lideri yazıb.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölkənin sabiq dövlət başçısı Pyotr Poroşenkoya qarşı sanksiyalar tətbiq edilib. Fərmana əsasən, Poroşenkoya qarşı tətbiq edilən sanksiyalar müddətsizdir, o, dövlət mükafatlarından məhrum ediləcək, aktivləri bloklanacaq və ticarət əməliyyatları məhdudlaşdırılacaq. P.Poroşenkonun Ukrayna ərazisi ilə resursların tranziti, daşınması və uçuşlar həyata keçirməsi, həmçinin kapitalın xaricə çıxarılması qadağan edilib.
İndi isə onun ABŞ-yə səfərə hazırlaşması və ironiya ilə Zelenskinin bu səfərə mane ola bilməyəcəyinə işarə etməsi müəyyən şübhələr yaradır. Axı bu günlərdə Qərbin nüfuzlu nəşrləri Ukraynada məhz Poroşenkonun hakimiyyətə gətirilməsi planlarının mövcudluğundan yazmışdı.
Xatırladaq ki, martın 5-də amerikalı və ukraynalı mənbələrə istinad edən “Politico” nəşri Donald Trampın komnadasının təmsilçilərinin Volodimir Zelenskinin bir sıra siyasi rəqibləri, o cümlədən Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko ilə gizli görüş keçirdiklərini iddia etmiş və bu məlumat təkzib olunmamışdı.
Trampın Putinlə, ardınca isə Zelenski ilə telefon danışıqlarından dərhal sonra Poroşenkonun ABŞ-yə dəvət olunması bu iddiaların heç də əsassız olmadığını düşünmək üçün əsaslar yaradır. Hər halda onun okeanın o tayına Ukrayna ilə bağlı hansısa məsələni müzakirə etmək üçün yollanmasını düşünmək sadəlöhvlük olardı. Axı onun Ukrayna adından hansısa müzakirələr aparmaq səlahiyyəti də yoxdur. Belədə yalnız bir ehtimalın yaşamaq hüququ qalır - Tramp və komandası Ukraynanın gələcək rəhbəri kimi onunla yaxından tanış olmaq istəyir.
Bəs Poroşenko kimdir?
Pyotr Poroşenko 1965-ci ildə Odessa vilayətinin Bolqrad şəhərində doğulub. 1989-cu ildə Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədidir.
1990-cı ildən Pyotr Poroşenko bizneslə məşğuldur. Bir neçə iri müəssisəyə rəhbərlik edib. "Ukrprominvest” konserninin yaradıcısıdır. Sərvəti 1,3 milyard dollar civarında təxmin edilən Petro Poroşenko Ukraynanın ən zəngin adamlarından biridir. 1,3 milyard varidatla Ukraynanın 7-ci ən varlı adamı olan Poroşenkou populyar «Roshen» şokolad brendinə görə daha yaxşı tanıyırlar. Lakin son 15 ildə Ukraynanın müxtəlif administrasiyalarında nazir postları tutmuş 48 yaşlı prezident həm də ağıllı və səriştəli siyasətçidir.
2000-ci ildə Poroşenko indi vəzifəsindən devrilmiş Viktor Yanukoviçi hakimiyyətə gətirmiş Regionlar Partiyasının təsisçilərindən idi. Lakin bundan bir il sonra o, prezident Leonid Kuçmanın düşərgəsini tərk edərək Viktor Yuşşenkonun Bizim Ukrayna Partiyasının aparıcı tərəfdarı və maliyyə dəstəkçisinə çevrilib.
O, 2004-2005-ci illərdə Narıncı İnqilabı dəstəkləyib və Yuşşenkonun hökumətində vəzifədə olub. 2009-10-cu illərdə Poroşenko Ukraynanın xarici işlər naziri idi.
Oğuz