Laricani ABŞ ilə gizli danışıqlar aparır? - Özü DANIŞDI
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkəsinin ABŞ ilə danışıqlar aparmayacağını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“ABŞ ilə danışıqlar aparmayacağıq”, - Laricani bildirib.
Qeyd edək ki, bu, onun “The Wall Street Journal”ın iddiasına verdiyi şərhdir. Nəşr Laricaninin İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra Oman vasitəsilə Vaşinqtonla diplomatik məsləhətləşmələrin bərpası təşəbbüsünü irəli sürdüyünü yazmışdı.
Aytən