“Qoy, o, bir yerini qaldırsın…” – Tiflis meri ölkə prezidentini təhqir etdi

Tbilisi meri və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze prezident Salome Zurabişvilini parlament seçkilərinin saxtalaşdırılması iddialarını sübutlarla təsdiqləməyə çağırıb. 

Nov 4, 2024 - 15:59
“Qoy, o, bir yerini qaldırsın…” – Tiflis meri ölkə prezidentini təhqir etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb. 

“... Qoy o, bir yerini qaldırsın, gedib bütün suallara cavab versin, bütün sübutları təqdim etsin”, -deyə Kaladze təhqiramiz şəkildə əlavə edib.

Prezident Salome Zurabişvili bu təhqiramiz hücuma cavab verməyib.

Qeyd edək ki, parlament seçkilərindən sonra Gürcüstan prokurorluğu seçki saxtakarlığı iddialarından sonra araşdırmaya başladığını və buna görə də prezidentin dindirilməyə çağırıldığını açıqlamışdı. 

Prezident istintaqa etimad göstərməyərək prokurorluğa getməyəcəyini bəyan etdi: “Belə çıxır ki, prokurorluq məndən sübut gözləyir. Mən bildiyimə görə, əksinə olmalıdır, istintaq orqanları özləri sübut əldə etməlidirlər. İstənilən normal ölkədə belədir. İstintaq orqanlarının prezidentdən seçkilərlə bağlı sübut istəməsi üçün heç bir presedent bilmirəm”.

Xatirə SADİQ