"Bu 6 ölkə İsrailə qarşı çıxdı" - Pezeşkian onları təriflədi

İran Prezidenti Məsud Pezeşkian İsrailin İrana qarşı müharibə çağırışları fonunda bir sıra ölkələrin mövqeyinə diqqət çəkərək onlar haqqında xoş sözlər yazıb.

Apr 14, 2026 - 19:16
"Bu 6 ölkə İsrailə qarşı çıxdı" - Pezeşkian onları təriflədi

SAVASHMEDIA.az xəbər verir ki, o, X hesabında paylaşım edərək İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misirin bu məsələdə İsrailə qarşı çıxdığını bildirib.

Pezeşkian qeyd edib ki, bu mövqe təsadüfi deyil və tarixi köklərə dayanır:

“Sivilizasiyaların mahiyyəti kritik tarixi məqamlarda özünü büruzə verir”.

İran liderinin sözlərinə görə, adıçəkilən ölkələrin sərgilədiyi yanaşma onların dərin mədəni və tarixi irsindən qaynaqlanır.

Oğuz