Tramp Melonidən narazıdır - "Ondan bunu gözləməzdim"

ABŞ-ın keçmiş prezidenti Donald Trump İtaliyanın baş naziri Ciorcia Melonini kəskin şəkildə tənqid edib.

Apr 14, 2026 - 20:15
Tramp Melonidən narazıdır - "Ondan bunu gözləməzdim"

SAVASHMEDİA.az xəbər verir ki, Trump son çıxışında Meloni ilə bağlı gözlədiyi mövqeni görmədiyini bildirib. 

O, İtaliya lideri haqqında danışarkən “onun cəsarətli olduğunu düşünürdüm, amma yanılmışam” ifadəsini işlədib.

Trumpın narazılığı əsasən Meloninin ABŞ-ın bəzi beynəlxalq məsələlərdə, xüsusilə İranla bağlı mümkün hərbi addımlara və ümumilikdə Vaşinqtonun sərt siyasətinə açıq dəstək verməməsi ilə əlaqələndirilir. Keçmiş prezident bildirib ki, İtaliya hökuməti bu məsələlərdə ABŞ ilə eyni xətti paylaşmır.

Bundan əlavə, Meloninin Trumpın bəzi açıqlamalarına, o cümlədən Katolik dünyası ilə bağlı fikirlərinə qarşı çıxması da tərəflər arasında gərginliyi artırıb. İtaliya baş naziri bu cür açıqlamaları “qəbuledilməz” adlandırıb.

Qeyd edək ki, Donald Trump və Ciorcia Meloni əvvəllər ideoloji baxımdan bir-birinə yaxın liderlər kimi qiymətləndirilirdi. Lakin son açıqlamalar göstərir ki, tərəflər arasında ciddi fikir ayrılıqları yaranıb.

Oğuz 
SAVASHMEDİA.az