Vernidubdan Rəşad Sadıqova MESAJ - "Mən davakar deyiləm, söhbəti bağlayaq"
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovla aralarında yaşanan gərginliyə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, ukraynalı mütəxəssis tərəflər arasında ciddi problemin olmadığını deyib.
Vernidub hadisə ilə bağlı açıqlamasında Sadıqova qarşı hər hansı iradının olmadığını vurğulayıb:
“Mənimlə Sadıqov arasında ciddi nəsə olmayıb. Bəlkə də onda nəsə olub, məndə heç nə yoxdur. Mən davakar insan deyiləm, sakitəm. Ona qarşı heç bir iradım yoxdur. Sadəcə oyun zamanı bəzi epizodlara görə emosional reaksiya verdim, amma hər şey mədəni çərçivədə olub. Bu mövzunu birdəfəlik bağlamaq lazımdır”.
Qeyd edək ki, Misli Premyer Liqasının XIII turunda “Neftçi” “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra Rəşad Sadıqov Vernidubla arasında yaranan gərginlikdən danışaraq ukraynalı mütəxəssisə iradlarını bildirdiyini açıqlamışdı.
Oğuz