"Fənərbağça" dünya futbolunun əfsanəsi ilə anlaşdı - Baş məşqçi olacaq

Joze Mourinyo ilə yollarını ayıran “Fənərbağça” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Sep 6, 2025 - 15:10
"Fənərbağça" dünya futbolunun əfsanəsi ilə anlaşdı - Baş məşqçi olacaq

SAVASHMEDİA.az xəbər verir ki, baş məşqçiliyə namizəd olaraq İsmail Kartal, Luçiano Spaletti, Aykut Kocaman, Yurgen Klopp kimi məşhur adların sadalandığı “Fənərbağça”nın tam fərqli bir adla razılaşdığı xəbəri yayılıb.

Klub prezidenti Ali Koç komandanın sükanını meydançaların əfsanəsi hesab edilən Zinəddin Zidana təslim etməyi düşünür. 

Məlumata görə, “sarı-lacivərdli”lər artıq təcrübəli mütəxəssislə görüşüb və ilkin razılığa gəliblər. Maaş və müqavilə detalları barədə danışıqlar tamamlandıqdan sonra 53 yaşlı məşqçi Türkiyəyə gələcək.

Qeyd edək ki, 53 yaşlı Zinəddin Zidan baş məşqçi kimi fəaliyyətə “Real Madrid Kastilya”da (ehtiyat komanda) başlayıb. 2016-cı ildə Rafael Benitesin ayrılmasından sonra “Real Madrid”in baş məşqçisi olub. 

Zidan kluba 3 Çempionlar Liqası, 2 UEFA superkuboku, 2 Klublararası Dünya kuboku, 1 La Liga kuboku  və 1 İspaniya superkubokunu qazandırıb. 2018-ci ildə baş məşqçi postundan ayrılan Zidan 2019-da yenidən “Real Madrid”in sükanı arxasına keçib. 

2021-ci ilə qədər bu postda qalan Zidan “Real Madrid”lə 1 La Liga və 1 İspaniya superkuboku qazanıb.

Banu

Zinəddin Zidan