Faciəvi şəkildə ölən Jotaya türk azarkeşin 3 il öncəki QARĞIŞI: “İnşallah yanaraq…” - FOTO

Xəbər verdiyimiz kimi, “Liverpul”un ulduz futbolçusu Dioqo Jota düşdüyü avtomobil qəzası nəticəsində yanaraq həyatını itirib.

Jul 13, 2025 - 21:48
Faciəvi şəkildə ölən Jotaya türk azarkeşin 3 il öncəki QARĞIŞI: “İnşallah yanaraq…” - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 28 yaşlı futbolçunun ölümünün bütün futbol caməsini yasa boğduğu günlərdə Türkiyədə bir azarkeşin illər əvvəl D.Jota ilə bağlı yazdığı status gündəm olub.

Belə ki, Tibet Ulubey adlı azarkeş 3 il öncə Dioqo Jota üçün yanaraq can verməyi arzulayıb. Buna səbəb Ulubeyin Jotaya görə futbol mərcində 100 min lirəni itirməsidir. 

Xatırladaq ki, Dioqo Jota iyulun 3-də qardaşı 26 yaşlı Andre ilə avtomobil qəzasına düşüb. Jota idarəetməni itirib, yoldan çıxan avtomobil yanmağa başlayıb. Jota və özü kimi futbolçu olan qardaşı birlikdə yanaraq ölüblər. Jota qəzadan 11 gün əvvəl 3 övladının anası ilə ailə qurmuşdu.

“Liverpul” klubu Jotanın xatirəsini əbədiləşdirmək üçün onun geyindiyi 20 nömrəli formanı dövriyyədən çıxarıb. Futbolçunun övladlarının bütün təhsil xərclərini qarşılamağı və maaşını ailəsinə verməyi öhdəsinə götürüb.

Banu