İran prezidenti ayağından yaralanıb - Rəsmi təsdiq gözlənilir

İran prezidenti Məsud Pezeşkian ötən ay İsrailin hava hücumları zamanı yaralanıbmış.  

Jul 13, 2025 - 18:45
Jul 13, 2025 - 18:47
İran prezidenti ayağından yaralanıb - Rəsmi təsdiq gözlənilir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalı məlumat yayıb.

Telekanalın iddiasına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının iclasına edilən zərbə zamanı prezident Məsud Pezeşkian ayağından yaralanıbmış.

İran tərəfi iddia ilə bağlı rəsmi açıqlama yaymayıb.

Oğuz