Husilər İsraildən qisas alacaqlarına and içdilər

Yəmənin “Ənsar Allah” hərəkatı onlar tərəfindən formalaşdırılan hökumətin başçısı Əhməd Qalib əl-Rahavinin öldürülməsinə görə İsraildən qisas alacaqlar.

Aug 31, 2025 - 02:29
Husilər İsraildən qisas alacaqlarına and içdilər

SAVASHMEDİA.az xəbər verir ki, bunu hərəkatının Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşət bildirib.

"Allahın, əziz Yəmən xalqının və həlak olanların və yaralıların ailələrinin qarşısında and içirik ki, qisas alacağıq və əzablarımızı qələbəyə çevirəcəyik. Əziz Yəmən xalqını əmin edirik ki, silahlı qüvvələrimiz tam döyüş hazırlığındadır", - deyə o bildirib.

O, əlavə edib ki, hərəkatın qisas alması çox çəkməyəcək və husilərin baş nazirinin qətlinə görə İsrail üçün “qara günlər” gələcək.