Trampı öldürənə 10 milyon dollar - Başına pul qoydular
İraqda fəaliyyət göstərən və İranın dəstəklədiyi "İslami Müqavimət" silahlı koalisiyası ABŞ Prezidenti Donald Trampın öldürülməsinə görə mükafat elan edib.
SAVASHMEDİA.az xəbər verir ki, qrup Trampın öldürülməsini həyata keçirən və ya buna yardım edən şəxsə (və ya şəxslərə) 10 milyon dollar vəd edib.
Silahlı qruplaşma bildirib ki, bu qərar 2020-ci ildə ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində İran generalı Qasım Süleymani və iraqlı komandir Əbu Mehdi əl-Mühəndisin öldürülməsinə cavab olaraq qəbul edilib.
ABŞ administrasiyası məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Oğuz