Kreml Zelenskinin məktubuna CAVAB VERDİ - Peskov onu hara çağırdı?

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktubla bağlı açıqlama verib.

Jun 5, 2026 - 01:22
Jun 5, 2026 - 02:04
Kreml Zelenskinin məktubuna CAVAB VERDİ - Peskov onu hara çağırdı?

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Peskovun sözlərinə görə, Zelenskinin məktubu Rusiya prezidentinin iştirakı ilə keçirilən tədbir zamanı dərc olunduğundan Vladimir Putin hələ sənədlə tanış olmayıb.

Kreml sözçüsü əlavə edib ki, lakin yaxın vaxtlarda, konkret olaraq Özbəkistan prezidentinin işgüzar səfərinin başa çatmasından sonra Putin bu barədə məlumatlandırılacaq.

Peskovun açıqlamasında diqqət çəkən əsas məqamlardan biri də mümkün görüş ehtimalı ilə bağlı olub. O deyib ki, əgər Zelenski Putinlə görüşmək istəyirsə, bu halda Moskvaya gəlməli olacaq.

Oğuz