İsrailli nazir Rusiya və Fələstini yalan danışmaqda ittiham etdi
İsrailin xarici işlər naziri Gideon Saar BMT Təhlükəsizlik Şurasının tribunasından Rusiya və Fələstin nümayəndələrini tənqid edib.
SAVASHMEDİA.az bu barədə “NEWS: İsrail və dünya” Telegram kanalına istinadən xəbər verir.
“Biz burada həmçinin o qədər yalan eşitmişik ki, mən onların hamısını sadalaya bilmirəm. Rusiya Federasiyasının nümayəndəsinin – Ukraynada üç il yarım davam edən amansız işğaldan və amansız müharibədən sonra, Kiyevdə və başqa yerlərdə dinc əhalini bombaladıqdan sonra – burada heç nə olmamış kimi danışmasını eşitmək həqiqətən əyləncəli idi.
Mən Fələstin nümayəndəsini də eşitdim və deməliyəm: fələstinlilər təbliğatı sizdən hələ sovet dövründə öyrənmişdilər və siz də yaxşı müəllim idiniz. Fələstinlilər terroru öz məqsədlərinə çatmaq üçün icad etdilər – və bu, bütün Fələstin qruplarına aiddir. Fələstin muxtariyyəti bu günə qədər terrorçulara və onların ailələrinə törədilən terror aktının ağırlığından asılı olaraq maaş verməkdə davam edir. Beləliklə, onlar indiyədək terrorizmi təşviq etməkdə davam edirlər”, - deyə israilli nazir vurğulayıb.
Xatirə SADİQ