"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dövlətlərinin birliyinə qarşı çıxan qüvvələrin olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Ərdoğan bu barədə oktyabrın 26-da Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında danışıb.
“Oktyabrın 30-da, cümə günü ailə məclisimiz kimi gördüyümüz Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına ev sahibliyi edəcəyik. İnanıram ki, Türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısına yenə də birlik və bərabərlik içində çıxacağıq”, - Ərdoğan bildirib.
Oğuz