Peskov Trampın xanımına TƏŞƏKKÜR ETDİ
Xerson vilayətinin Aleşki şəhərində əldə olunan müvəqqəti atəşkəs razılaşması Rusiya-Ukrayna müharibəsində digər ərazilər üçün də presedent yarada bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov ABŞ tərəfinin, xüsusilə də ABŞ-nin birinci xanımı Melaniya Trampın humanitar əməliyyatın əlaqələndirilməsindəki rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, Melaniya Trampın birbaşa iştirakı razılaşmanın əldə olunmasına mühüm töhfə verib.
Qeyd edək ki, Rusiya və Ukrayna Aleşki şəhərində humanitar məqsədlərlə müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Razılaşma çərçivəsində şəhərə humanitar yardımın çatdırılması və mülki əhalinin təhlükəsiz təxliyəsi nəzərdə tutulur. Atəşkəsin oktyabrın 27-də başlaması planlaşdırılır.
Oğuz