Rusiya müharibəni davam etdirmək istəyir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın danışıqlara hazır olmadığını deyib.

Feb 9, 2025 - 03:15
Rusiya müharibəni davam etdirmək istəyir - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

O, qeyd edib ki, rəsmi Moskva müharibənin davam etdirilməsinə hazırlaşır.

V.Zelenski Rusiya ordusunun şəxsi heyətinin sayının artdığına diqqət çəkib: “Bütün tərəfdaşlar bundan xəbərdar olmalı və bunu aydın görməlidirlər”.

Dövlət başçısının sözlərinə görə, kəşfiyyat hesabatları təsdiq edir ki, Rusiya yeni hərbi bölmələr formalaşdırır: “Onların Şimali Koreya ilə əməkdaşlığı daha da genişlənəcək”